Onlayn təlimlər

Hörmətli müəllimlər!

Polyup platformasının müəllimlər üçün imkanları olduqca zəngindir. Platformanın dərslərdə istifadəsi və milli dərs proqramında tətbiqi üzrə onlayn təlimlər mövcuddur. Təklif olunan onlayn təlimlərdə həm platformanın istifadəsi ilə bağlı ilkin biliklər, həm də onların şagirdlərə ötürülməsi haqqında məlumat əldə edə bilərsiniz.

Təlimlərdə istifadə olunan müəllim üçün elektron metodiki vəsait, tapşırıq nümunələri, video dərslər Azərbaycan dilindədir və aşağıdakı mövzuları əhatə edir:

· Polyup platforması ilə tanışlıq;

· Platformada mövcud olan tapşırıqlar, onlarla iş prinsipi, tapşırıqların mövzulara inteqrasiyası;

· Platformada 2D və 3D tapşırıqların (maşınların) yaradılması;

· Poly Müsabiqələrdə iştirak.

Polyup müəllim təlimlərində iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyat formunu doldurmağınız xahiş olunur.

Tərəfdaşlar